Çinin xüsusi nümayəndəsi Kiyevə səfər edəcək

Çinin xüsusi nümayəndəsi Kiyevə səfər edəcək
# 15 may 2023 13:15 (UTC +04:00)

Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey 16-17 may tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edəcək.

APA xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) agentliyi Ukrayna hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bir müddət öncə bildirmişdi ki, Çinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin həlli üzrə məsləhətləşmələrdə iştirak etmək üçün 15 mayda Rusiya, Almaniya, Polşa, Ukrayna və Fransaya səfər edəcək.

Çin diplomatının sözlərinə görə, rəsmi Pekin Ukraynadakı vəziyyəti daim diqqətdə saxlayır və bu münaqişənin sülh yolu ilə həlli prosesində fəal iştirak etməyə çalışır.

Venbin həmçinin əlavə edib ki, ölkəsi Ukrayna münaqişəsi ilə bağlı Çin sədri Si Cinpinin irəli sürdüyü dörd prinsipə (suverenliyə hörmət, BMT Nizamnaməsinin şərtlərinə əməl etmək, tərəflərin hər birinin narahatlığını nəzərə alması və münaqişənin dinc üsullarla həlli) sadiq qalmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR