Çinin xüsusi nümayəndəsi Ukrayna məsələsi ilə bağlı Varşavaya səfər edəcək

Çinin xüsusi nümayəndəsi Ukrayna məsələsi ilə bağlı Varşavaya səfər edəcək
# 16 may 2023 15:28 (UTC +04:00)

Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey mayın 19-da Polşanın paytaxtı Varşavaya səfər edəcək.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukaş Yasina məlumat verib.

Qeyd olunub ki, Çinin xüsusi nümayəndəsi səfər zamanı Ukraynadakı vəziyyətlə bağlı və münaqişənin həlli yolları istiqamətində müzakirələr aparacaq.

Bildirilib ki, Polşa xarici işlər nazirinin müavini Voyçex Gervel Çin diplomatını qəbul edəcək.

Xatırladaq ki, dünən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin ölkəsinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xueyin 16-17 may tarixlərində Kiyevə səfər edəcəyi barədə brifinq zamanı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR