Çinlə Yaponiya müdafiə nazirlikləri arasında birbaşa rabitə xətti işə salınıb

Çinlə Yaponiya müdafiə nazirlikləri  arasında birbaşa rabitə xətti işə salınıb
# 16 may 2023 15:12 (UTC +04:00)

Çin və Yaponiya Müdafiə Nazirlikləri arasında birbaşa əlaqə yaratmaq üçün hava və dəniz yolu ilə ikitərəfli rabitə xətti işə salınıb.

APA Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkənin müdafiə naziri Li Şanqfu bu gün yaponiyalı həmkarı Yasukazu Hamada ilə birlikdə telefon xəttini işə salıb.

Nazirlər telefon danışığı zamanı Çin-Yaponiya dövlətlərarası və müdafiə sahəsindəki əlaqələr barədə fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, belə bir rabitə xəttinin yaradılması fövqəladə vəziyyətlərə nəzarət imkanlarını artıracaq və regionda sülhün və sabitliyin təmin olunmasına müsbət təsir göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR