Co Bayden Səudiyyə Ərəbistanına səfər edib

Co Bayden Səudiyyə Ərəbistanına səfər edib
# 15 iyul 2022 19:13 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanına səfər edib.

APA "alarabiya.net"ə istinadən xəbər verir ki, Prezident Baydenin olduğu təyyarə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə eniş edib.

Qeyd olunub ki, Bayden, Səudiyyə Ərəbistanının hava məkanını İsrailin bütün hava daşıyıcıları üçün açmasından sonra bu ölkədən Səudiyyə Ərəbistanına birbaşa uçan ilk ABŞ prezidentidir. Onu hava limanında ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfiri və Məkkə regionunun qubernatoru qarşılayıb.

Səudiyyə Ərəbistanına səfəri zamanı Bayden vəliəhd şahzadə Məhəmməd bin Salman və Kral Salmanla görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR