Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini, ÇXR sədri Si Cinpinin iqtisadi məsələlər üzrə müşaviri Liu He İsveçrədə keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gedəcək.
APA xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumatlı mənbələrə istinadən bildirib.
Nəşrin xəbərinə görə bu, pandemiya başlayandan bəri yüksək səviyyəli bir Çin rəsmisinin ölkə xaricində tədbirə şəxsən qatıldığı ilk hal olacaq.
Forum gələn həftə bazar ertəsi başlayacaq və beş gün davam edəcək.
ÇXR Baş nazirinin müavini Dünya İqtisadi Forumunda iştirak edəcək

Asiya

Türkiyənin Kahramanmaraş vilayətində 4,5 bal gücündə zəlzələ olub

Tunis sahillərində qayıq aşıb, 34 nəfər itkin düşüb

İranda zəlzələ nəticəsində 165 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB
