Əfqanıstanda 11 vilayət işıqsız qalıb

Əfqanıstanda 11 vilayət işıqsız qalıb
# 30 aprel 2022 13:42 (UTC +04:00)

Əfqanıstanın mərkəzindəki Pərvan əyalətində iki elektrik qülləsinin partladılması nəticəsində Kabil də daxil olmaqla, ölkənin 11 vilayəti işıqsız qalıb.

APA xəbər verir ki, bu barədə Əfqanıstanın enerji şirkəti “Da Afghanistan Breshna Sherkat” (DABS) məlumat yayıb.

"Pərvan əyalətinin Salanq şəhərinin cənubundakı Taqma rayonunda mina partlaması nəticəsində iki​ elektrik xəttinin dirəyi dağıdılıb. Hadisə ilə əlaqədar Kabildə və daha 10 vilayətdə elektrik enerjisi kəsilib", - şirkətin açıqlamasında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR