Əfqanıstanda 3 Britaniya vətəndaşı saxlanılıb

Əfqanıstanda 3 Britaniya vətəndaşı saxlanılıb
# 02 aprel 2023 10:03 (UTC +04:00)

Böyük Britaniyanın 3 vətəndaşı Əfqanıstanda Taliban Hərəkatı tərəfindən saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə “The Mail on Sunday” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, 53 yaşlı həkim Kevin Kornuell və Kabildə humanitar işçilər üçün mehmanxananı idarə edən digər Britaniya vətəndaşı yanvarda saxlanılıb.

Saxlanılan üçüncü şəxs isə 23 yaşlı Maylz Rautlecdir. Maylz Rautlec əvvəllər “YouTube”-də əyləncə üçün dünyanın ən təhlükəli ölkəsinə səfər etməsi ilə öyünüb.

Taliban Hakimiyyətə gəldikdən sonra Böyük Britaniyanın Əfqanıstanda səfirliyi fəaliyyətini dayandırıb. Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, Əfqanıstanda saxlanılanlara əlaqə yaradılmasının təmin edilməsi üçün səy göstərilir, ailələrinə dəstək verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR