Əfqanıstanda 5,3 bal gücündə zəlzələ baş verib

Əfqanıstanda 5,3 bal gücündə zəlzələ baş verib
# 24 yanvar 2022 08:11 (UTC +04:00)

Bazar ertəsi Əfqanıstanın şimal-şərq hissəsində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 108 min insanın yaşadığı Baqlan şəhərindən 49 km şərqdə yerləşib.

Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR