Əfqanıstanda aeroport yaxınlığında partlayışda 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb - YENİLƏNİB

Əfqanıstanda aeroport yaxınlığında partlayışda 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb - YENİLƏNİB
# 01 yanvar 2023 11:26 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabulda beynəlxalq hava limanında törədilən partlayışla bağlı ölənlərin sayı açıqlanıb.

APA “Al-Jazeera”ya istinadən xəbər verir ki, partlayış nəticəsində azı 10 nəfər ölüb, 8 nəfər yaralanıb.

Məlumata görə, bu barədə “Taliban” hökuməti xəbər yayıb.

***

08:39

Səhər saatlarında Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq hava limanı yaxınlığında partlayış baş verib.

APA-nın xəbərinə görə, bu barədə Əfqanıstanın “Hama Press” agentliyi məlumat yayıb.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, partlayış nəticəsində ölən və yaralananlar var.

Digər təfərrüatlar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR