Əfqanıstanda daşqın nəticəsində 30-dan çox insan ölüb

Əfqanıstanda daşqın nəticəsində 30-dan çox insan ölüb
# 16 avqust 2022 08:46 (UTC +04:00)

Əfqanıstanda daşqın 30-dan çox insanın həyatına son qoyub.

APA “Ren TV”ə istinadən xəbər verir ki, yüzə yaxın itkin düşmüş hesab olunur.

Güclü yağışlardan sonra Pərvan vilayəti su altında qalıb.

Su bir neçə kəndlə əlaqəni kəsib.

Ən təhlükəli vəziyyət dağlıq rayonlarda yaranıb.

Su və palçıq axını yollarda olan hər şeyi yuyub aparıb.

Təbiət hadisəsi 120-dən çox evi dağıdıb.

Bütün zərərçəkənlər təxliyə edilib və müvəqqəti olaraq çadırlara yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR