Əfqanıstanda mədrəsədə partlayışda ölənlərin sayı 35-ə yüksəlib - YENİLƏNİB-1

Əfqanıstanda mədrəsədə partlayışda ölənlərin sayı 35-ə yüksəlib - YENİLƏNİB-1
# 30 noyabr 2022 17:27 (UTC +04:00)

Əfqanıstanın Səməngan əyalətində mədrəsədə partlayışda ölənlərin sayı 35-ə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, “Haşt-e sübh” qəzeti daha 23 nəfərin yaralandığını yazır.

Qəzetin yazdığına görə, ölənlərin əksəriyyəti mədrəsədə təhsil alan şagirdlərdir.

Meyitlərin və xəsarət alanların mədrəsədən təxliyəsi davam edir.

Bundan əvvəl partlayışın kamikadze-terrorçu tərəfindən törədildiyi bildirilsə də, bu versiya hələlik rəsmi təsdiqlənməyib.

Hakimiyyət orqanları partlayışın səbəbi barədə hələlik açıqlama verməyib.

***

14.30

Əfqanıstanın Səməngan əyalətində mədrəsədə partlayışda ölənlərin sayı artıb.

APA yerli “Tolo News” telekanalına istinadən xəbər verir ki, partlayışda ölənlərin sayı 15-ə çatıb, 27 nəfər yaralanıb.

***

14.19

Əfqanıstanın şimalında partlayış olub.

APA TASS-a istinadən xəbər verir ki, partlayış Səməngan vilayətində, mədrəsədə ibadət zamanı baş verib.

Partlayış nəticəsində azı 10 şagird həlak olub. Yaralananların olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR