Əfqanıstanda məsciddə partlayışda 15 nəfər ölüb - YENİLƏNİB

şərti foto

© APA | şərti foto

# 08 iyun 2023 13:54 (UTC +04:00)

Əfqanıstanın Bədəxşan vilayətinin Feyzabad şəhərində məsciddə baş verən partlayışda 15 nəfər ölüb.

APA "TOLO News"a istinadən xəbər verir ki, bu barədə əyalət xəstəxanasındakı mənbə bildirib.

Adının açıqlanmasını istəməyən mənbə "TOLO News"a deyib ki, onlar 15 meyit və 50 yaralı qəbul ediblər.

***

11:57

Əfqanıstanın Bədəxşan əyalətində terror aktı törədilib.

APA "TOLO News"a istinadən xəbər verir ki, Bədəxşan əyalətinin Feyzabad şəhərindəki məsciddə partlayış baş verib.

Partlayış əyalət qubernatorunun müavininin cənazə namazında baş verib. O, özü də iyunun 6-da terror aktı nəticəsində həlak olub. Qubernatorun müavininə qarşı terror aktı ilə bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb.

İyunun 8-də məsciddə baş vermiş partlayış nəticəsində ölənlər barədə təsdiqlənməmiş məlumatlar var.

Hadisəyə görə, məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR