Əfqanıstanda məsciddə partlayış nəticəsində 7 nəfər ölüb

Əfqanıstanda məsciddə partlayış nəticəsində 7 nəfər ölüb
# 13 may 2022 23:54 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə günorta saatlarında məsciddə baş vermiş partlayışda ölən və yaralananların sayı açıqlanıb.

APA "RİA Novostiyə" istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb.

Partlayış məsciddə namaz vaxtı baş verib.

Hələlik bölgədə fəaliyyət göstərən silahlı qrupların heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR