Əfqanıstanda partlayış nəticəsində 6 nəfər ölüb

Əfqanıstanda partlayış nəticəsində 6 nəfər ölüb
# 22 yanvar 2022 19:46 (UTC +04:00)

Bu gün Əfqanıstanda törədilmiş partlayış nəticəsində ən azı 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə yerli “Etilaat Roz” qəzetinin elektron versiyası mənbəyə istinadən məlumat yayıb.

İlkin məlumata görə, Herat şəhərində sərnişin avtobusu partladılıb.

Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanın regional nümayəndələri partlayış faktını təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR