Əfqanıstanda üç partlayış olub, yaralılar var

Əfqanıstanda üç partlayış olub, yaralılar var
# 12 iyun 2022 13:47 (UTC +04:00)

Bu gün Əfqanıstanın müxtəlif əyalətlərində demək olar ki, eyni vaxtda üç partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Əfqanıstanın “Aşvaka” agentliyi məlumat yayıb.

Məlumata görə, onlardan ikisinin hədəfi ölkədə hakimiyyətə gələn radikal Taliban hərəkatının tərəfdarları olub.

Qeyd edilir ki, Qunduz əyalətində yol kənarındakı minanın partlaması nəticəsində azı 4 mülki şəxs xəsarət alıb. Bədəxşan əyalətinin mərkəzi Faizabad şəhərində partlayıcı qurğu Taliban tərəfindən təchiz edilmiş polis bölməsinin yanında işə salınıb. Kunar əyalətində radikal hərəkatın silahlılarını daşıyan avtomobil partladılıb.

Talibanın təyin etdiyi yerli hakimiyyət orqanları son iki insidentlə bağlı heç bir açıqlama verməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR