Əlcəzair prezidenti Türkiyədə səfərdədir

Əlcəzair prezidenti Türkiyədə səfərdədir
# 16 may 2022 18:10 (UTC +04:00)

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Türkiyəyə səfər edib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Prezident Rəcəb Tayyib Ərdoğan Tebbunu Prezident Sarayında rəsmi mərasimlə qarşılayıb.

Sonra iki liderin təkbətək görüşü başlayıb.

Bundan əlavə, heyətlərarası görüş və Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR