Əli Baqiri Rusiyaya səfər edib

Əli Baqiri

© APA | Əli Baqiri

# 02 iyul 2022 15:32 (UTC +04:00)

İranın nüvə müzakirələrində nümayəndə heyətinin başçısı Əli Baqiri Rusiyaya səfər edib.

APA-nın Tehran bürosunun məlumatına görə , Ə.Baqiri səfər çərçivəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər və İranın nüvə proqramına dair müzakirələrin son durumu haqqında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR