Enerji çatışmazlığı Pakistanda ixraca zərər vurur

Enerji çatışmazlığı Pakistanda ixraca zərər vurur
# 12 iyun 2022 07:41 (UTC +04:00)

Pakistanda elektrik təchizatının pisləşməsi tekstil sektoruna ciddi zərbə vurur.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, fabrik sahibləri elektrik təchizatında yaranan fasilələrdən narahatdır. Onlar bildirirlər ki, bu cür davam edərsə sektorda ixracat 20% azala bilər.

Qeyd edək ki, Pakistanın ixracatında tekstil 60%-lik paya sahibdir və ixrac həcmi milyard dollarlarla ölçülür. Ölkənin əsas bazarı Avropa İttifaqı və ABŞ-dır.

Son gündə qeydə alınan anomal istilər enerjiyə tələbatı 20% artırırb. Stansiyalar işin öhdəsindən glə bilmədiyi üçün məcburi açılmalara yol verilir. Bu da istehsal prosesinə zərbə vurur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR