Ərdoğan Anıtqəbri ziyarət edib

Ərdoğan Anıtqəbri ziyarət edib
# 03 iyun 2023 17:15 (UTC +04:00)

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan Ankarada Anıtqəbri ziyarət edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, o, seçkilərin nəticəsinin millətə xeyirli olmasını diləyib.

“Hesab edirik ki, Prezident Hökümət Sisteminin etimad səsi aldığı bu seçkilər millətimiz üçün yeni bir dövrün qapılarını açdı. Qarşıdakı 5 il ərzində “Türkiyə Əsri” ilə bağlı vizyonumuzu reallaşdırmaq üçün çox çalışmaqda davam edəcəyik”, - deyə Ərdoğan vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR