Ərdoğan: “Ankarada “TURKOVAC” peyvəndi istehsal edən möhtəşəm gigiyena layihəsi icra edəcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 25 dekabr 2021 02:19 (UTC +04:00)

“COVID-19-a qarşı hazırlanmış inaktiv “TURKOVAC” peyvəndimiz bütün insanlar üçün istehsal edilir. Bunun üçün dünyanın ən böyük tutumlu peyvənd araşdırma, təkmilləşdirmə və istehsal mərkəzi olacaq daha möhtəşəm bir gigiyena layihəsini Şanlıurfadan sonra Ankarada həyata keçirəcəyik”.

APA-nın yeri bürosunun xəbərinə görə, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan yerli telekanallara müsahibəsində deyib.

Ərdoğan qeyd edib ki, “TURKOVAC”a Afrika ölkələrindən çox tələbat var.

Türkiyə Prezidenti əlavə edib ki, yaxın zamanlarda Ankarada inşa olunacaq sözügedən mərkəzlə bağlı tender elan ediləcək. Ölkə başçısı, həmçinin, bildirib ki, Türkiyə COVID-19-a qarşı peyvənd istehsal edən 9 ölkədən biri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR