Ərdoğan Azərbaycan da daxil 10 ölkənin yəhudi ravvinlərini qəbul edib - FOTO

Ərdoğan Azərbaycan da daxil 10 ölkənin yəhudi ravvinlərini qəbul edib - FOTO
# 23 dekabr 2021 00:18 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Yəhudi İcması və İslam Ölkələri Ravvinlər İttifaqının üzvlərini qəbul edib.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Ankarada Prezident İqamətgahında Prezident Ərdoğan İstanbul, Cənubi Kipr Türk Respublikası, Azərbaycan, İran, Özbəkistan, Albaniya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda və Rusiyadan olan baş ravvin və ravvinləri qəbul edib.

Görüşdə Türkiyə Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR