Ərdoğan Azərbaycana səfər edəcək - VİDEO

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

© APA | Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

# 08 may 2022 11:14 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Rəcəb Tayyib Ərdoğan dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-in Azərbaycan mərhələsini ziyarət etmək üçün Bakıya səfər edəcək.

TEKNOFEST-in Azərbaycan mərhələsi 26-29 may tarixlərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR