Ərdoğan HPD-nin Cümhuriyyət Xalq Partiyasına verdiyi dəstəkdən danışıb

Ərdoğan HPD-nin Cümhuriyyət Xalq Partiyasına verdiyi dəstəkdən danışıb
# 23 mart 2023 00:18 (UTC +04:00)

“Xalqların Demokratiyası Partiyası (HDP) terror təşkilatı PKK-ya, YPG/PYD-yə bərabərdir. Bu bərabərlikdə Cümhuriyyət Xalq Partiyasının CHP-nin yeri hardadır, qoy xalqım düşünsün”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayınmındakı müsahibəsində bildirib.

O, HDP-nin əvvəldən “6-lı masa”nın ortağı olduğunu qeyd edib.

Ərdoğan, həmçinin, 14 mayda keçiriləcək seçkilərdə Cumhurittifaqının qalib gələcəyinə dair şübhəsinin olmadığını vurğulayıb.

Bundan əlavə, o, digər siyasi partiyaların Qarabağ, Liviya, PUA-lar və digər milli məsələlər ilə bağlı problemlərinin olmadığını deyib.

Onun sözlərinə görə, bu məsələ Cumhurittifaqına qatılmaqlarında da problem yaratmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR