Ərdoğan Makronla Ukraynadakı vəziyyəti müzakirə edib 

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron

© APA | Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron

# 05 may 2022 21:51 (UTC +04:00)

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Türkiyə-Fransa münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Türkiyə Prezidenti Emmanuel Makronu yenidən Fransa prezidenti seçilməsi münasibətilə təbrik edib və seçki nəticələrinin bu ölkə üçün faydalı olmasını arzulayıb.

Prezident Ərdoğan Türkiyə olaraq Ukraynadakı müharibəni diplomatiya yolu ilə bitirmək üçün hər cür səy göstərdiklərini ifadə edərək, danışıqlar prosesinə dəstək vermənin vacib olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR