Ərdoğan Malayziya kralı ilə Rohinca müsəlmanlarının vəziyyətini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 05 may 2022 21:35 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziya Kralı Sultan Abdullah Riyatuddin Əl-Mustafa Billah Şah ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı regional məsələlər, o cümlədən Türkiyə-Malayziya əlaqələrinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və Rohinca müsəlmanlarının vəziyyəti müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR