Ərdoğan: “Mənim cənab Putinlə münasibətlərim dürüstlüklə bağlıdır”

Ərdoğan: “Mənim cənab Putinlə münasibətlərim dürüstlüklə bağlıdır”
# 29 yanvar 2023 23:27 (UTC +04:00)

“Rusiya ilə münasibətlərimizdə qarşılıqlı hörmət var. Mənim cənab Putinlə münasibətlərim dürüstlüklə bağlıdır”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Tatarıstandan Dağıstana və bütün digər bölgələrlə bizim müraciətlərimizə qarşılıq verilir. İstədiyimiz nəticəni əldə edə bilməsək də təbii ki, Suriyanın şimalında baş verən proseslərdə “Gəlin, indi üçtərəfli görüşlər keçirək” deyirik. Rusiya, Türkiyə, Suriya olaraq bir araya gələk. Hətta İranı da əlavə edə bilərik. Danışıqlarımızı belə aparaq və bölgədə sülh olsun. Region mövcud problemləri yaşamamalıdır”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR