Ərdoğan Özbəkistandadır - YENİLƏNİB

Ərdoğan Özbəkistandadır - YENİLƏNİB
# 10 noyabr 2022 15:37 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə Toplantısında iştirak etmək üçün Özbəkistana səfər edən Türkiyə Prezidenti Səmərqəndə çatıb.

APA xəbər verir ki, bu barədə Özbəkistan XİN başçısı Vladimir Norov "Twitter"də bildirib.

Prezident Ərdoğanı Səmərqənd beynəlxalq hava limanında Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmilər qarşılayıb.

***

11:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana yola düşüb.

APA xəbər verir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin liderlərinin Zirvə Görüşündə iştirak etmək üçün Səmərqəndə gedib.

Qeyd edək ki, TDT liderlərinin Zirvə Görüşü sabah keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR