Ərdoğan: PKK-ya İŞİD-lə mübarizə adı altında verilən dəstəyə son qoyulmalıdır

Ərdoğan: PKK-ya İŞİD-lə mübarizə adı altında verilən dəstəyə son qoyulmalıdır
# 28 noyabr 2022 12:59 (UTC +04:00)

“Suriyanın qarşıdurma, humanitar böhran və terrordan qurtulması üçün İslam ölkələri daha güclü iradə ortaya qoymalı və siyasi həllə yönəlmiş səylərə güclü dəstək verməlidir".

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib İslam Əməkdaşlığı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığına dair Daimi Komitəsinin 38-ci iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, PKK-ya İŞİD-lə mübarizə adı altında verilən dəstəyə son qoyulmalıdır.

Ərdoğan, həmçinin, Türkiyənin Fələstin xalqının öz dövlətini qurmaq mübarizəsini dəstəkləməyə davam edəcəyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR