Ərdoğan: “Qarabağ Zəfəri ilə Qafqazda yeni bir dönəm başlayıb”

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

© APA | Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

# 29 may 2022 15:18 (UTC +04:00)

“Qarabağ Zəfəri ilə Qafqazda artıq yeni bir dönəm başlayıb”.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, bu Zəfər dastanı ortaq coğrafiyamızda davamlı sülh və əhatəli normallaşmanın önündəki maneələri aradan qaldırıb: “Bu tarixi fürsətin əldə verilməməsi lazım olduğuna inanırıq. Azərbaycan və Ermənistanın aralarındakı məsələləri həll etmək yönündə atdığı addımlardan məmnuniyyət duyuruq. Türkiyə olaraq tərəflərin sərhəd məsələlərinin həlli, sülh müqaviləsinin hazırlanması, nəqliyyat dəhlizlərinin açılması səylərini dəstəkləyirik. Bu səylərin uğurlu olması hamımızın, bütün bölgəmizin faydasınadır. Sərhəd komissiyasının ilk toplantısının mayın 24-də keçirilməsi və Zəngəzur dəhlizi məsələsində irəliləyiş əldə edilməsi xüsusən məmnunluq doğurur. Biz də Ermənistanla münasibətlərimizin normallaşdırma prosesini səmimiliklə davam etdiririk. Azərbaycanla bölgənin təhlükəsizliyi və rifahı üçün həmrəyliyimizi artıraraq davam etdirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR