Ərdoğan Qətərə səfər edib - YENİLƏNİB

Ərdoğan Qətərə səfər edib - YENİLƏNİB
# 20 noyabr 2022 16:07 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edib.

APA-nın Türkiyə bürosunun verdiyi xəbərə görə, Türkiyə Prezidenti Qətər əmiri Şeyx Temim bin Hamed Əl Saninin dəvəti ilə liderlərə veriləcək ziyafətə və futbol üzrə dünya çempionatının açılış mərasiminə qatılacaq.

Eyni zamanda Rəcəb Tayyib Ərdoğan Qətər-Ekvador oyununu izləyəcək.

***

saat 10.45

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qətərdə futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak edəcək.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti Qətər əmiri Şeyx Temim bin Hamed Əl Saninin dəvəti ilə liderlərə veriləcək ziyafətə və dünya çempionatının açılış mərasiminə qatılacaq.

Rəcəb Tayyib Ərdoğan Qətər-Ekvador oyununu izləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR