Ərdoğan seçki nəticəsinin İsraillə münasibətləri normallaşdırılmağa təsir etməyəcəyini deyib

Ərdoğan seçki nəticəsinin İsraillə münasibətləri normallaşdırılmağa təsir etməyəcəyini deyib
# 03 noyabr 2022 00:45 (UTC +04:00)

Türkiyə İsraillə münasibətlərin normallaşdırılması prosesini bu ölkədəki seçkilərin nəticəsindən asılı olmayaraq davam etdirəcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A-Haber” kanalına müsahibəsində deyib.

O qeyd edib ki, Türkiyə və İsrail normallaşma prosesini hər iki ölkənin həssas yanaşdıqları məsələlərə hörmət edərək davam etdirir.

Ərdoğan, Ankara və Təl-Əviv arasında yenidən səfirlərin təyin olunmasına dair razılığın əldə olunduğunu da xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR