Ərdoğan: Suriyada terror təşkilatının yuva saldığı son əraziləri də təmizləyəcəyik

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 08 avqust 2022 17:49 (UTC +04:00)

Türkiyə terrora qarşı mübarizəni davam etdirəcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransının iştirakçıları ilə görüşü zamanı deyib.

O qeyd edib ki, ölkəsinin cənub sərhədi boyunca Suriya ilə 30 kilometr dərinlikdə təhlükəsiz xətti yaratmaq qərarı qüvvədə qalmaqdadır.

“Ümid edirəm ki, Suriyada terror təşkilatının yuva saldığı son əraziləri də təmizləyərək tezliklə bu təhlükəsizlik kəmərinin halqalarını birləşdirəcəyik”, - Türkiyə lideri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR