Ərdoğan: “Türkiyə ilə İran terror təşkilatlarına qarşı birgə mübarizə aparmalıdır”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 19 iyul 2022 15:13 (UTC +04:00)

PKK-YPG, FETÖ və digər terror təşkilatları həm Türkiyə, həm də İranın baş bəlasıdır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, iki ölkə bu terror təşkilatlarına qarşı birgə mübarizə aparmalıdır. Ərdoğan Türkiyə və İranın müdafiə sənayesi, neft-qaz sahəsində də əməkdaşlığı artırmaq üçün potensialın olduğunu əlavə edib.

Türkiyə Prezidenti Tehranda Türkiyə, İran və Rusiya liderlərinin Astana prosesi çərçivəsində baş tutacaq iclasının da önəmli olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR