Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelmanın” istehsalına başlanılacaq

Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelmanın” istehsalına başlanılacaq
# 26 noyabr 2022 20:41 (UTC +04:00)

Avropa ölkələrindən fərqli olaraq qış mövsümünə enerji ilə bağlı problemsiz, rahat qədəm qoyuruq.

APA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Avropa ölkələri enerji böhranı ilə əlaqədar qışı necə keçirəcəklərini düşündüyü vaxtda, biz qışa rahatlıqla giririk”,- deyə Ərdoğan bildirib.

Bundan əlavə, Ərdoğan Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelmanın” istehsalına başlamaq niyyətini açıqlayıb.

Ərdoğan daha əvvəl bildirmişdi ki, qarşıdakı qışda ölkəsinə Rusiyadan təbii qazın verilişində problem olmayacaq.

Onun sözlərinə görə, problemlərin olmaması Ankaranın apardığı balanslaşdırılmış xarici siyasətin nəticəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR