Ərdoğan və Putin Tehranda görüşüb - VİDEO - YENİLƏNİB

Ərdoğan və Putin Tehranda görüşüb  - VİDEO   - YENİLƏNİB
# 19 iyul 2022 21:02 (UTC +04:00)

Son İstanbul görüşlərində Rusiya nümayəndə heyətinin yanaşması çox müsbət idi.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Tehranda keçirdiyi ikitərəfli görüşü zamanı deyib.

“Buradan alacağımız nəticə bütün dünyaya müsbət təsir edəcək. Şəxsən mən və nümayəndə heyətim adından sizə çox təşəkkür etmək istərdim. Ümid edirəm ki, görüşlərimiz səmərəli olacaq”, - deyə o qeyd edib.

Bundan əlavə, Rusiya prezidenti Vladimir Putin Ərdoğana “taxıl dəhlizi” ilə bağlı təşəbbüslərinə görə təşəkkür edib.

***

20.46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Tehranda görüşüb.

APA-nın Tehran bürosu xəbər verir ki, Türkiyə və Rusiya liderlərinin görüşü Astana sammiti çərçivəsində baş tutub.

Liderlər görüş zamanı qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Tural Əsədi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR