Ərdoğan zəlzələdən zərərçəkənlərə maliyyə yardımı ediləcəyini bildirib

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 08 fevral 2023 14:57 (UTC +04:00)

“Bütün imkanlarımızı səfərbər etmişik”.

APA xəbər verir ki, bu barədə Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, dövlət qurumları iş başındadır. O, ilk günlər bəzi çətinliklərin yaşandığını vurğulayıb. O əlavə edib ki, hazırda vəziyyətə nəzarət edirlər.

Ərdoğan zəlzələdən zərər çəkənlərə maliyyə yardımının ediləcəyini qeyd edib. Onun sözlərinə görə, zəlzələdən zərəçəkən hər bir ailəyə 10 min türk lirəsi maliyyə yardımı ayrılacaq.

O, zəlzələnin təsir etdiyi regionlarda yenidənqurma işlərinin aparılacağını da diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR