Ərdoğanın prezidentliyə namizədliyi irəli sürülüb - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

© APA | Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

# 21 mart 2023 16:23 (UTC +04:00)

Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti postuna namizədliyi irəli sürülüb.

APA-nın xəbərinə görə, Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyası (MHP) Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Müraciətləri qəbul olunan namizədlərin adı bu gün yerli vaxtla saat 20:00-da elan olunacaq.

Qeyd edək ki, Türkiyədə Prezident və millət vəkili seçkiləri 14 mayda keçiriləcək.

***

saat 11.31

Bu gün Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti postuna namizədliyi irəli sürüləcək.

APA-nın xəbərinə görə, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası (MHP) bu gün saat 15.00-da Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı Ali Seçki Qurumuna müraciət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR