Türkiyədə yenidən zəlzələ olub - YENİLƏNİB 1

Türkiyədə yenidən zəlzələ olub  - YENİLƏNİB 1
# 28 sentyabr 2022 04:50 (UTC +04:00)

Türkiyənin Ərdahan vilayətinin Gölə rayonunda 4 bal gücündə zəlzələ olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ saat 02:01-də qeydə alınıb.

Zəlzələ yerin 7 kilometr dərinliyində baş verib. Bildirilib ki, indiyə qədər 29 afterşok qeydə alınıb.

AFAD, 2 evin divarının uçduğunu, 3 nəfərin yaralandığını bildirdi.

***

27.07.2022

Saat 18:44

Ermənistan-Türkiyə sərhədi yaxınlığında 5,1 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Türkiyənin Ərdəhan şəhərindən 19 km-də, dərinliyi 10 km olub. Yeraltı təkanların gücü 7 bal təşkil edib. Zəlzələ Şirak vilayətində 2-3, İrəvanda isə 2 bala qədər hiss olunub.

***

18:27

Türkiyənin Ərdahan vilayətinin Gölə rayonunda 5 bal gücündə zəlzələ baş verib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Əlavə olunub ki, Qars və Ərzurumda da hiss edilən yeraltı təkanlar 17.08-də qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR