Ermənistan XİN Türkiyə ilə sərhədin redemarkasiyası məsələsinə aydınlıq gətirib

Ermənistan XİN Türkiyə ilə sərhədin redemarkasiyası məsələsinə aydınlıq gətirib
# 02 may 2022 16:06 (UTC +04:00)

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə ilə sərhədin redemaraskiyası ilə bağlı müzakirələrin olmadığını bildirib.

APA xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan "Twitter"də bildirib.

"Medianın sualına cavab olaraq bildiririk ki, Ermənistan ֊ Türkiyə sərhədinin redemarkasiyası ilə bağlı heç bir müzakirə və razılaşma yoxdur. Gündəlikdə belə bir məsələ dayanmır", - XİN sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR