FHN-in daha 229 nəfər şəxsi heyəti Kahramanmaraşa çatıb - FOTO - VİDEO

FHN-in daha 229 nəfər şəxsi heyəti Kahramanmaraşa çatıb - FOTO  - VİDEO
# 08 fevral 2023 21:13 (UTC +04:00)

Azərbaycandan göndərilən Fövqəladə Hallar Nazirliyinin daha 229 nəfər şəxsi heyəti Kahramanmaraşa çatıb.

APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, heyət hazırda AFAD-ın Təhsil Mərkəzində yerləşən toplama məntəqəsinə giriş edib.

Onlar yaxın saatlarda şəhər ərazisində yerləşən axtarış-xilasetmə işlərinə cəlb ediləcək.

Bu Azərbaycandan göndərilən 7-ci xilasetmə qrupudur.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 725 nəfər şəxsi heyəti qardaş Türkiyəyə gələrək zəlzələnin nəticələrinin aradan qaldırılmasl ilə bağlı axtarış-xilasetmə işlərinə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR