Filippin Prezidenti zəlzələ bölgəsinə gedəcək - YENİLƏNİB

Filippin Prezidenti zəlzələ bölgəsinə gedəcək - YENİLƏNİB
# 27 iyul 2022 07:49 (UTC +04:00)

Filippin lideri Ferdinand Markos zəlzələnin baş verdiyi Abra əyalətinə səfər edəcək.

APA xəbər verir ki, bu barədə dövlət başçısı yanında ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Triksi Kruz-Anceles bildirib.

Onun sözlərinə görə, prezident bölgəyə xilasetmə xidmətləri göndərmək barədə tapşırıq verib.

***

Saat 07:50

Filippinin Luzon adasında 7,2 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 102 min nəfərdən çox əhalisi olan Laoaq şəhərindən 83 kilometr cənub-şərqdə olub.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR