Filippində 5.8 bal gücündə zəlzələ olub

Filippində 5.8 bal gücündə zəlzələ olub
# 13 iyul 2019 03:41 (UTC +04:00)


Filippinin cənubunda Mindanao adasında 5.8 bal gücündə zəlzələ baş verib.
APA “TASS”a istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Bürosu məlumat yayıb.
Təbii fəlakətin episentri 30 mindən çox insanın yaşadığı Kantilandan (Cənubi Suriqao vilayəti) 5 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı, təxminən 12 km dərinlikdə olub.
Təlafat və dağıntılar barəsində hələ ki, heç bir məlumat verilməyib. Mənbənin məlumatında sunami təhlükəsi haqda da xəbərdarlıq edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR