Filippində gəmidə yanğın zamanı ölənlərin sayı 31-ə çatıb - YENİLƏNİB

Filippində gəmidə yanğın zamanı ölənlərin sayı 31-ə çatıb - YENİLƏNİB
# 30 mart 2023 12:35 (UTC +04:00)

Filippində gəminin yanması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, Basilan vilayətinin qubernatoru Cim Xataman-Salliman ölənlər arasında 3 uşağın da olduğunu deyib.

Ümumilikdə, "Lady Mary Joy 3" gəmisinin göyərtəsində 250 sərnişin olub. Onlardan 230-u xilas edilib, daha 7 nəfərin axtarışı isə davam edir.

***

09:30

Filippində gəminin yanması nəticəsində azı 12 nəfər ölüb

APA TASS-a istinadən xəbər verir ki, hadisə zamanı 200-ə yaxın insan xilas edilib, onlardan 14-ü xəstəxanaya yerləşdirilib

Məlumata görə, ölənlər arasında ən azı 3 uşaq var.

Ümumilikdə, Baluk-Baluk adasında alovlanan "Lady Mary Joy 3" gəmisinin göyərtəsində 200-dən çox sərnişin olub. Sahil Mühafizəsi itkin düşmüş 7 nəfərin axtarışını davam etdirir. Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR