Filippində güclü zəlzələ olub

Filippində güclü zəlzələ olub
# 01 iyul 2022 02:20 (UTC +04:00)

Filippinin Luzon adasının sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə cümə axşamı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Şimali İlokos əyalətində yerləşən Laoaq şəhəri olub.

102 min nəfərdən çox əhalinin yaşadığı sahildə episentr 60 km dərinlikdə yerləşirdi.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR