Filippində qasırğada ölənlərin sayı 170 nəfəri keçib

Filippində qasırğada ölənlərin sayı 170 nəfəri keçib
# 17 aprel 2022 06:32 (UTC +04:00)

Meqi tropik qasırğası Filippində 2 milyondan çox insanın həyatına təsir edib.

APA-nın xəbərinə görə, təbii fəlakət nəticəsində həlak olanların sayı 172 nəfərə çatıb.

Dövlət qurumlarının məlumatına görə, siklon 10 əyalətdə təsirli olub. 400 minədək sakin təxliyə mərkəzlərinə yerləşdirilib, 33 min nəfər qabaqcadan təxliyə olunub. 8 nəfər xəsarət alıb, 110 nəfər itkin düşüb.

Təbii fəlakət zamanı 10 minədək evə ziyan dəyib, çox sayda yol və infrastruktur obyekti dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR