Filippində tayfun səbəbindən 8500 insan təxliyə edilib

Filippində tayfun səbəbindən 8500 insan təxliyə edilib
# 26 sentyabr 2022 06:03 (UTC +04:00)

Filippin sahillərinə Noru tayfunu yaxınlaşır.

APA xəbər verir ki, ölkədə təbiət hadisəsinə qarşı tədbirlər görülür.

Sürəti 240 kilometr/saat olan külək səbəbindən 8500 insan təxıiyə edilib.

Filippin prezidenti Ferdinand Markos ölkənin iqtisadi və siyasi baxımdan ən əhəmiyyətli adası olan Luzonun tayfun təhlükəsi altında olduğunu, sabah adanın hər yerində təhsilin dayandırıldığını və dövlət idarələrinin işinin dayandırıldığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR