Filippində zəlzələ nəticəsində 4 nəfər ölüb

Filippində zəlzələ nəticəsində 4 nəfər ölüb
# 28 iyul 2022 08:16 (UTC +04:00)

Filippində ötən gün baş vermiş 7 bal gücündə zəlzələnin doğurduğu fəsadlar məlum olub.

APA-nın TASS-a istinadən xəbərinə görə, təbii fəlakət 13 minədək insanın həyatına təsir edib.

Zəlzələ nəticəsində 4 nəfər ölüb, 64 nəfər xəsarət alıb. İtkin düşən yoxdur. 2 min nəfərədək sakin təhlükəsiz əraziyə köçürülüb.

Yeraltı təkanlar nəticəsində doqquz yüzədək ev dağılıb, çox sayda infrastruktur obyekti zərər görüb. Məktəblərdə tədris dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR