Filippindəki təbii fəlakət zonasında xəstəlik yayılır

  Filippindəki təbii fəlakət zonasında xəstəlik yayılır
# 28 dekabr 2021 03:55 (UTC +04:00)

Filippində Rai qasırğasının törətdiyi fəsadlar artır.

APA-nın xəbərinə görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 389-a çatıb. 60-dan çox adam itkin düşmüş hesab olunur. Yüzlərlə insan xəsarət alıb. Mülki müdafiə qərargahının məlumatına görə, 482 000 ev zərər görüb, 320 000 nəfər çadırlarda məskunlaşıb.

Fəlakət zonasında bu gün daha bir problem ortaya çıxıb. 150-dək insanda diarreya və kəskin mədə-bağırsaq xəstəlikləri ortaya çıxıb. Həkimlərin fikrincə, xəstəlik içməli sudan keçib. Ehtimala görə, xəstəlik içməli suyun tullantı sularına qarışması nəticəsində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR