Filippinin keçmiş prezidenti vəfat edib

Fidel Ramos

© APA | Fidel Ramos

# 31 iyul 2022 20:21 (UTC +04:00)

Filippinin keçmiş prezidenti Fidel Ramos 94 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə rəsmi mənbələr məlumat verib. Sabiq dövlət başçısının ölüm səbəbi yaxın günlərdə rəsmi şəkildə elan ediləcək.

Keçmiş hərbçi Fidel Ramos 1992-1998-ci illərdə ölkəyə rəhbərlik edib. Hakimiyyəti dövründə enerji və nəqliyyat problemlərinin həlli və əhalinin nəzarətsiz artımının qarşısını almaq üçün islahatlar aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR