“Formula-1” yarışında qəza baş verib

“Formula-1” yarışında qəza baş verib
# 05 dekabr 2021 22:38 (UTC +04:00)

Səudiyyə Ərəbistanında keçirilən “Formula-1” yarışında qəza baş verib.

APA-nın xəbərinə görə, “Haas” komandasının almaniyalı sürücüsü Mik Şumaxer 10-cu dövrədə qəzaya düşüb.

Pilot yoldan çıxaraq yarış avtomobilini zədələyib. Şumaxer özü ciddi xəsarət almadan avtomobili tərk edə bilib.

Yarışda Maks Ferstappen, Luis Hemilton və Valteri Bottas liderlik edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR